Azərbaycanlı futbolçu oynadı, komandası məğlub oldu

00:02 - 26 Aprel 2026

Albaniyada Superliqanın 33-cü turu keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” səfərdə “Tirana”ya 1:2 hesabı ilə məğlub olub.

İsgəndərli oyuna start heyətində başlayıb və hesab 1:1 olarkən 71-ci dəqiqədə əvəzlənib.

Hazırda “Partizani” 45 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti