"Liverpul" fransalı vingeri transfer etmək istəyir

14:58 - 29 Aprel 2026

"Liverpul" mövsümün sonunda ayrılacağı gözlənilən Məhəmməd Salaha əvəzləyici axtarır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi PSJ-də çıxış edən Bredli Barkoladır. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

"Liverpul" 23 yaşlı vingeri yayda heyətinə qatmağa çalışacaq. Fransa klubu oyunçu üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, PSJ Bredli Barkolanı 2023-cü ilin yayında 45 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti