Ronaldodan 970-ci qol

00:08 - 30 Aprel 2026

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo karyerasında 970-ci qolunu vurub.

Sportal.az xəbər verir ki, 41 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatının 30-cu turunda “Əl-Əhli” ilə oyunun 76-cı dəqiqəsində ilk qolun sahibi olub (2:0). Qol ötürməsini Joau Feliks verib.

Bu, Kriştianonun karyerasında 970-ci qolu olub.

Onun vurduğu qollardan 828-i klub səviyyəsində, 142-si isə Portuqaliya milli komandasının heyətində qeydə alınıb.

Xəbər xətti