Maykl Kerrik “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə təsdiqlənə bilər.
Sportal.az "The Times" nəşrinə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis bu vəzifə üçün əsas namizəddir. Klub rəhbərliyi Ruben Amorimin istefasından sonra onun komanda ilə gördüyü işi yüksək qiymətləndirir.
Bununla yanaşı qeyd olunur ki, növbəti mövsümdən “Mançester Yunayted”ə kimin rəhbərlik edəcəyi ilə bağlı yekun qərar hələ verilməyib. Digər namizədlər sırasında mövsümün sonunda "Bornmut" klubundan ayrılacaq Andoni İraola da var.
“Mançester Yunayted” hazırda Premyer Liqanın turnir cədvəlində 34 turdan sonra 61 xalla 3-cü yerdədir. Kerrik müvəqqəti baş məşqçi təyin olunduqdan sonra mançesterlilər 29 xal toplayıblar. Bu göstərici həmin müddətdə digər bütün komandalardan daha yüksəkdir.
saytlarin hazirlanmasi
