"Real" 58 yaşlı təcrübəli mütəxəssisi baş məşqçi kimi düşünmür

00:19 - 1 May 2026

Yurgen Klopp “Real"a rəhbərlik etməyəcək.

Sportal.az xəbər verir ki, daha əvvəl "Liverpul"u çalışdırmış 58 yaşlı mütəxəssisin “kral klubu”nun baş məşqçi postuna əsas namizədlərdən biri olduğu bildirilirdi. Lakin AS nəşrinin yazdığına görə, madridlilər alman məşqçinin təyinat variantını nəzərdən keçirmir və digər namizədlərə fokuslanıblar.

Qeyd olunur ki, Jurgen Klopp gələcəkdə Almaniya millisini çalışdırmaq istəyir, amma bu məsələdə tələsmir. O, hazırda Almaniya yığmasının baş məşqçisi olan Julian Nagelsmanna böyük hörmətlə yanaşır.

Xəbər xətti