Elvinlə Abbas Əvəzedicilər Liqasında qol vurdular

14:37 - 1 May 2026

"Qarabağ"ın müdafiəçiləri Elvin Cəfərquliyevlə Abbas Hüseynov Əvəzedicilər Liqasında qol vurublar.

Sportal.az xəbər verir ki, onlar 24-cü turun "Zirə-2" ilə matçında fərqləniblər. Abbas 49-cu dəqiqədə qol vurub. Elvin isə 73-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Qarşılaşma Maksim Medvedevin rəhbərlik etdiyi kollektivin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, hər iki futbolçu baş məşqçi Qurban Qurbanovun qərarı ilə "Qarabağ"ın əsas komandasından uzaqlaşdırılıb.

Xəbər xətti