ABŞ-ın “Kolambus Kryu” klubunun azərbaycanlı hücumçusu Nəriman Axundzadənin maaşı bəlli olub.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının forvardının vergilər çıxıldıqdan sonra ildə 550 000 dollar (təxminən 930.000 manat) qazanacağı bildirilir.
22 yaşlı futbolçu 2026-cı il fevralın 10-da “Kolambus Kryu” ilə müqavilə imzalayıb.
O, 2029-cu il iyunun 30-na qədər MLS klubuna məxsus olacaq.
saytlarin hazirlanmasi
