Mayın 16-da Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "İmişli" oyununun biletləri satışa çıxarılır.
Sportal.az xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 15:00-dan etibarən əldə edə bilərlər.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5-20 manat aralığındadır.
Biletlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da da onlayn satışda olacaq.
QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 17:00-da keçiriləcək.

