Milli komandamızın baş məşqçisi Ayxan Abbasov açıqlayıb ki, mövsüm bitən kimi "Şamaxı"nı tərk edəcək. Rəhbərlik artıq onun yerinə axtarışlara da başlayıb.
Lakin ehtimal var ki, Ayxan Abbasov bundan sonra da, yalnız milli komandanı deyil, hər hansı Premyer Liqa klubunu çalışdırsın.
Sportal.az xəbər verir ki, ATV-də efirə gedən "Futbolumuz" verilişində bu mövzuda müzakirələr aparılıb. Qeyd olunub ki, Ayxan Abbasov hər hansı klubda işləyəcəyi təqdirdə milli üzvlərinin daha çox oynamasına şərait yarada bilər.
saytlarin hazirlanmasi
