"Fənərbaxça"nın futbolçusu üç ölkənin klublarının hədəfində

15:33 - 15 May 2026

Fred mövsümün sonunda "Fənərbaxça"dan ayrıla bilər.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçunu transfer etmək istəyən klublar var. Bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.

Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Braziliya klubları Fredə maraq göstərir. 33 yaşlı futbolçu ilə bağlı qərarı İstanbul nəhənginin rəhbərliyi verəcək.

Qeyd edək ki, "Fənərbaxça" Fredi 2023-cü ilin yayında "Mançester Yunayted"dən 10 milyon avroya transfer edib. Braziliya millisinin sabiq üzvü cari mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti