"Borussiya" hücumçu Samuele İnasionun müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin rəsmi saytı məlumat yayıb.
İtaliya U-19 millisinin üzvü ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Samuele İnasio 2024-cü ilin yayında "Borussiya"nın akademiyasına qoşulub. 18 yaşlı futbolçu bu mövsüm Dordmund təmsilçisinin heyətində Almaniya çempionatında meydana çıxdığı 6 matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
