"Ardıcıl üçüncü dəfə Çempionlar Liqasının qalibi ola bilərik"

15:24 - 31 May 2026

PSJ-nin müdafiəçisi və kapitanı Markinyos Çempionlar Liqasının finalında penaltilər seriyasında "Arsenal"a qarşı qazandıqları qələbəni şərh edib.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu növbəti mövsümdə də turnirin qalibi olmaq istədiklərini bildirib:

​"Bu il hisslər tamamilə fərqlidir. Bir dəfə qalib gəlmək çətindir, amma ardıcıl iki dəfə qalib gəlmək daha da çətindir. ​Bu titulu böyük təntənə ilə qeyd edəcəyik. Əylənməyə davam edəcəyik. "Park de Prens"dəki, Parisdəki hər kəsə təşəkkür edirəm. Bu, inanılmazdır, biz bir nağılı yaşayırıq.

​Azarkeşlərimiz, klubumuz, məşqçimiz və futbolçularımızla birlikdə yenidən bu möhtəşəm anları yaşamaq üçün doğru istiqamətdə irəliləməyə davam etməliyik. Çox gənc heyətimiz var, ardıcıl üçüncü dəfə də qalib gələ bilərik".

Xəbər xətti