Gedişindən sonra da xeyir verən məşqçi - "Turan Tovuz"da da belə olmuşdu, "Şamaxı"da da eyni cür oldu

13:05 - 10 İyun 2026

Ayxan Abbasov milli komandanın baş məşqçisi kimi gündəmə gəlsə də, onun klub karyerası ilə bağlı maraqlı nüanslar var. 

Belə ki, Abbasov "Turan Tovuz"dan ayrılandan sonra klub vaxtında onun bəyənib tapıb gətirdiyi futbolçuların satışından yaxşı gəlir əldə etmişdi. Bunu Otto Con və Aleks Souza ilə bağlı deyə bilərik. Tovuz klubu hər iki futbolçunu yaxşı qiymətə satmışdı. 

"Şamaxı" da bu mənada Ayxan Abbasovdan xeyir görən klublar sırasındadır. Ötən mövsüm Beladji Pusini Rusiya klubuna satan bölgə klubu yenə qabağa düşüb. Bildiyiniz kimi, "Şamaxı" yaxşı təzminat qarşılığında Dioqo Balaunu "Turan Tovuz"a buraxıb. 

Qeyd edək ki, "Şamaxı"nın qapıçısı Rikardo Fernandesi də heyətində görmək istəyən klublar var. "Şamaxı"nın yay transfer pəncərəsi dönəmində onu da satacağı istisna deyil. 

Xəbər xətti