İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşir

17:58 - 8 İyun 2026

Qətərin "Əs-Sədd" klubunun baş məşqçisi Roberto Mançini İtaliya milli komandasını çalışdıra bilər.

Sportal.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Tərəflər 4 illik müqavilə barədə razılıq əldə ediblər. 61 yaşlı mütəxəssisin illik maaşı 2 milyon avro olacaq.

​Qeyd edək ki, Roberto Mançini 2018-ci ildən 2023-cü ilə qədər İtaliya yığmasına rəhbərlik edib. Onun baş məşqçiliyi altında italyanlar Avro-2020-nin qalibi olublar.

Xəbər xətti