"Zirə" Tyaqo Silvanın ayrılığına mane olmayıb. Qəsəbə təmsilçisi digər qolkiperi Anar Nəzirovla bağlı qərar verib.
Sportal.az saytına verilən məlumata görə, Premyer Liqa klubu təcrübəli qapıçının müqavilə müddətini artırmağı planlaşdırır.
Nəzirovun özünün də "Zirə"də qalmaq istədiyi bildirilir.
Avrokuboklarda ölkəmizi təmsil edəcəyi gözlənilən klub qolkiperlə yeni bir illik müqavilə imzalayacaq.
Nəzirov 2021-ci ildən "Zirə"nin qapısını qoruyur.
saytlarin hazirlanmasi
