"Qəbələ" legioneri ilə yollarını ayırdı

13:18 - 10 İyun 2026

"Qəbələ" növbəti ayrılıq yaşanıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Adriel Ba Loua ilə başa çatan müqavilə müddəti artırılmayıb. 

Fil Dişi Sahilindən olan futbolçu 2025-ci ilin yayından "Qəbələ"də oynayırdı.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Murad Musayev, Rza Cəfərov və Sambu Sissoko ilə vidalaşıb.

Xəbər xətti