"Turan Tovuz"da kapitan sarğısı daşımış Şəhriyar Əliyev klubla yollarını ayırıb.
Sportal.az saytına açıqlama verən təcrübəli futbolçu Tovuz klubunda qalmamasının səbəbindən bəhs edib:
"Bəli, "Turan Tovuz"la yollarımız ayrıldı. Müqavilə haqda heç danışığımız da olmadı. Sadəcə sağollaşdıq. Ötən il ardıcıl zədələr aldım. Bu da futbolun bir hissəsidir. Düşünürəm ki, bu da futbolun bir hissəsidir. Xeyr, Kurban Berdiyevlə heç danışığımız da olmadı".
O, bölgə təmsilçisinin Konfrans Liqasına yollanacağına inandığını da deyib: "Başa çatan mövsümdə komanda çox əziyyət çəkdi, 3-cü yer klubun haqlı idi. Hər kəs çox əziyyət çəkdi, futbolçudan tutmuş rəhbərliyə qədər. Bunu qazanmaq böyük uğur idi. Sadəcə UEFA belə qərar verib. Allah qoysa, CAS qərarı "Turan Tovuz"un xeyrinə olar və layiq olduqları avrokuboklara gedərlər".
Əliyev yeni mövsümə hansı komandada başlayacağına qərar vermədiyini söyləyib: "Danışıq apardığım klublar var. Amma real bir şey yoxdur. 10 günə hamısı bilinər. Həm klubun, həm də futbolçunun istəyi üst-üstə düşməlidir. Uyğun seçim edəcəm".
Mirbağırağa
saytlarin hazirlanmasi
