Türkiyə millisinin ilk oyununun hakimləri bilindi - DÇ-2026

18:15 - 10 İyun 2026

Türkiyə milli komandasının DÇ-2026-nın final mərhələsində keçirəcəyi ilk oyunun hakimləri məlum olub.

Sportal.az xəbər verir ki, Avstriya ilə matçı Venesueladan olan ədalət təmsilçiləri idarə edəcək.

Görüşün baş hakimi Jesus Valensuala olacaq. Ona yan xətlərdə Jorje Urreqo və Tulio Moreno köməklik göstərəcək.

Qeyd edək ki, Avstriya - Türkiyə qarşılaşması 14 iyun tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 08:00-da start götürəcək.

Xəbər xətti