"Fənərbaxça" "Real"ın futbolçusunu transfer etmək istəyir

19:11 - 10 İyun 2026

"Real"ın futbolçusu Brahim Dias karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" mərakeşli vingeri transfer etmək istəyir. Bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.

İstanbul nəhəngi yaxın günlərdə Madrid klubu ilə 1 illik müqaviləsi qalan 26 yaşlı oyunçu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Real" Brahim Diası 2019-cu ilin yanvarrında "Mançester Siti"dən 17 milyon avroya transfer edib. Mərakeş millisinin üzvü 2025/26 mövsümündə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti