"Barselona" Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün rəsmi müraciət etdi

21:45 - 11 İyun 2026

​"Barselona" 2029-cu ildə keçiriləcək Çempionlar Liqasının final oyununa ev sahibliyi etmək hüququ qazanmaq üçün UEFA-ya rəsmi müraciət ünvanlayıb.

Sportal.az xəbər verir ki, bu barədə İspaniya çempionunun mətbuat xidməti məlumat yayıb.

Klub texniki, müqavilə və institusional tələbləri, həmçinin "Kamp Nou" stadionu ilə Barselona şəhərinin təşkilati imkanlarının zəmanətlərini özündə əks etdirən bütün zəruri sənədləri təqdim edib.

​Klubdan vurğulanıb ki, genişmiqyaslı yenidənqurmadan sonra arena dünyanın ən müasir və innovativ idman obyektlərindən birinə çevriləcək.

​Sənədlərin qəbulu üzrə rəsmi mərhələ başa çatdıqdan sonra UEFA bütün namizədlikləri qiymətləndirməyə başlayacaq. Çempionlar Liqasının 2028/29 mövsümünün finalının keçiriləcəyi məkanla bağlı yekun qərarın cari ilin son rübündə verilməsi planlaşdırılır.

Xəbər xətti