Mourinyo rəsmən "Real"da - müqavilənin detalları

22:10 - 11 İyun 2026

Joze Mourinyo rəsmi olaraq "Real"ın yeni baş məşqçisi təyin olunub.

Sportal.az xəbər verir ki, 63 yaşlı portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, komandanın mövsümöncəsi hazırlıqlara başladığı gün – 13 iyulda vəzifəsinin icrasına başlayacaq.

Mourinyo "Benfika"dan Madrid klubuna keçib və bu postda Alvaro Arbeloanı əvəz edib. “Kral klubu” məşqçinin müqaviləsini almaq üçün “Benfika”ya 15 milyon avro ödəyəcək.

Təcrübəli mütəxəssisin son titulu 2021/22 mövsümündə AS Roma ilə qazandığı UEFA Konfrans Liqası olub.

Mourinyo daha əvvəl də 2010-2013-cü illərdə “Real"ı çalışdırıb. Həmin dövrdə o, klubla La Liqa çempionluğu, İspaniya Kuboku və İspaniya Superkubokunu qazanıb.

Portuqaliyalı məşqçi karyerası ərzində həmçinin "Porto", "Çelsi", "İnter", "Mançester Yunayted", "Tottenhem" və "Fənərbaxça" komandalarına da rəhbərlik edib.

Xəbər xətti