Markos Senesi 2026-cı il Dünya Kuboku üçün Argentina millisinin heyətinə daxil edilib.
Sportal.az xəbər verir ki, yeni mövsümdə "Tottenhem"ə transfer olunan müdafiəçi milli komandaya Leonardo Balerdinin əvəzinə çağırılıb.
"Marsel"in futbolçusu Balerdi əzələ zədəsi səbəbindən Argentina millisinin heyətindən çıxarılıb.
Argentina millisi dünya çempionatındakı çıxışına 17 iyun tarixində Əlcəzair millisi ilə oyunla başlayacaq. Matç Bakı vaxtı ilə saat 05:00-da start götürəcək.
saytlarin hazirlanmasi
