Dünya çempionatında rekord qırıldı - ən yaşlı baş məşqçidir

21:16 - 14 İyun 2026

Kurasao milli komandasının baş məşqçisi Dik Advokat dünya çempionatlarının ən yaşlı baş məşqçisi kimi tarixə düşüb.

Sportal.az xəbər verir ki, DÇ-2026-nın ilk turu çərçivəsində komandasını Almaniyaya qarşı oyuna çıxaran mütəxəssis 78 yaşındadır. 

Şimali Amerikada keçirilən turnirdə Dünya Kuboku tarixində ən yaşlı məşqçi rekordu üçüncü dəfə qırılmış olub. Yarışın açılış matçında 74 yaşlı belçikalı Hugo Bros bu rekorda sahib idi. Çexiya millisinin baş məşqçisi Miroslav Kubek isə 75 yaşla onu qabaqlamışdı. 

Əvvəllər isə mundial tarixinin ən yaşlı baş məşqçi almaniyalı Otto Rehagel idi. O, 2010-cu ildə 71 yaşında Cənubi Afrika Respublikasında keçirilən turnirdə Yunanıstan milli komandasını çalışdırmışdı. 
 

Xəbər xətti