Fil Dişi Sahili milli komandası DÇ-2026-nın E qrupunun 2-ci turu çərçivəsində Almaniya yığması ilə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, Afrika təmsilçisi oyuna ciddi itki ilə çıxacaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Elye Vahi komandaya kömək edə bilməyəcək. 23 yaşlı hücumçuuya Kanadaya getmək üçün viza verilməyib.
Qarşılaşma 21 iyun tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, Fil Dişi Sahili yığması mundialda keçirdiyi ilk matçda Ekvadoru 1:0 hesabı ilə məğlub edib. Onların qrupdakı digər rəqibi isə Kürasao seçməsidir.
saytlarin hazirlanmasi
