"Barselona" və "Liverpul" müdafiəçini transfer etmək üçün...

23:35 - 18 İyun 2026

"Barselona" və "Liverpul" Miki van de Ven üçün transfer mübarizəsinə qoşulub.

Sportal.az xəbər verir ki, hər iki klub "Tottenhem" ilə oyunçunun müqavilə danışıqlarında yaranan dalana görə vəziyyətdən yararlanmaq istəyir. Tərəflər arasındakı danışıqlar hazırda çıxılmaz vəziyyətdədir.

25 yaşlı niderlandlı müdafiəçinin London klubu ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir. Buna baxmayaraq, onun sürəti və müdafiə keyfiyyətləri Avropanın top klublarının diqqətini cəlb etməyə davam edir.

"Tottenhem" isə futbolçunu əsas heyətin vacib hissəsi kimi görür və yalnız çox yüksək təkliflər qarşılığında satışa razı ola bilər.

Xəbər xətti