"Qarabağ"ın rəqibi qələbə qazandı

10:34 - 22 İyun 2026

Avropa Liqasının təsnifat mərhələsinin birinci turunda "Qarabağ"ın rəqibi olan İslandiyanın "Vestri" komandası ölkənin birinci divizionunun (ikinci dərəcəli liqa) 10-cu turunun oyununu keçirib.

Sportal.az xəbər verir ki, "Vestri" "Aftureldinq" üzərində 2:0 hesablı qələbə qazanıb. 

İslandiya klubu hazırda 19 xalla öz liqasında ikinci yerdədir.

"Qarabağ" və "Vestri" arasında oyunlar 9 və 16 iyul tarixlərində keçiriləcək.
 

Xəbər xətti