İstanbul klubunda yeni baş məşqçi

19:18 - 29 İyun 2026

Türkiyənin "Eyüpspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Özhan Pulat çalışdıracaq. Bu barədə istanbul klubunun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssislə 2026/27 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Özhan Pulatın son iş yeri "Hatayspor" olub.

Xəbər xətti