Dünya çempionatından sonra baş məşqçi istefaya göndərildi

20:49 - 29 İyun 2026

Çexiya milli komandasının baş məşqçisi Miroslav Kubek istefaya göndərilib.

Sportal.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

74 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Çexiya yığması DÇ-2026-da Meksika, Cənubi Koreya və Cənubi Afrika Respublikasının yer aldığı A qrupunda 1 xal toplayıb və turnirdə mübarizəni dayandırıb.

Xəbər xətti