"Neftçi" Sloveniya toplanışına start verdi - FOTOLAR

16:40 - 30 İyun 2026

“Neftçi” yeni mövsümə hazırlığın ikinci mərhələsinə start verib.

Sportal.az xəbər verir ki, iyunun 29-da Sloveniyaya yollanan komanda bu gün Moravske Toplitse şəhərində səhər məşqinə çıxıb. Təlim-məşq toplanışı axşam məşqi ilə davam edəcək.

Sabah da baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında iki dəfə hazırlıq keçəcək “ağ-qaralar” iyulun 2-də ilk yoxlama oyununa çıxacaq.

Qeyd edək ki, “Hotel Livada Prestige”də məskunlaşan “Neftçi”nin Sloveniya toplanışı iyulun 14-dək davam edəcək.


Xəbər xətti