AFFA rəsmisi Albaniyaya yollanacaq

12:22 - 1 İyul 2026

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Sportal.az xəbər verir ki, O, UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də keçiriləcək “Elbasani” (Albaniya) - BATE (Belarus) oyununun UEFA nümayəndəsi olacaq.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Xəbər xətti