Daha bir azərbaycanlı futbolçu Qırğızıstana üz tutdu

15:39 - 4 İyul 2026

Qırğızıstanın "Ozgon" klubu daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.

Sportal.az xəbər verir ki, "Səbail"lə müqaviləsi başa çatan müdafiəçi Səbayıl Bağırov karyerasını Asiya təmsilçisində davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bununla da "Ozgon"da çıxış edən azərbaycanlı futbolçuların sayı 4-ə yüksəlib. Hazırda Orxan Əliyev, Ramin Əhmədov, İldar Ələkbərov Qırğızıstan klubunun formasını geyinir.

 

Xəbər xətti