"Brentford" Avropanın bir çox klubunun transfer siyahısında yer alan Maykl Kayode ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi italiyalı futbolçunun müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı sağ cinah müdafiəçisi ilə 2032-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, "Brentford" Maykl Kayodeni 2025-ci ilin yanvarında "Fiorentina"dan transfer edib. İtaliya millisinin üzvü 2025/26 mövsümündə "arılar"ın heyətində meydana çıxdığı42 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
