"Komo" Trevoh Çaloba transferi üçün "Çelsi"yə yeni təklif göndərəcək.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, İtaliya klubu 26 yaşlı müdafiəçi üçün 30 milyon avro + 5 milyon avro bonus təklif etməyə hazırlaşır. Yeni təklifin bazar ertəsi və ya çərşənbə axşamı təqdim olunacağı bildirilir.
Bundan əvvəl London klubu Çalobanı 28+2 milyon avro qarşılığında satmaqdan imtina etmişdi.
Çaloba ötən mövsüm Premyer Liqada 34 oyunda iştirak edib və 3 qol vurub.
saytlarin hazirlanmasi
