"Real"ı La Liqanın bu klubuna dəyişəcək

16:15 - 8 İyul 2026

"Real"ın müdafiəçisi Fran Qarsiya La Liqada klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, "Betis" ispaniyalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bu transfer 4 milyon avroya başa gələcək. Madrid nəhəngi 26 yaşlı sol cinah müdafiəçisinin növbəti satışından 50 faiz pay əldə edə biləcək.

Qeyd edək ki, Fran Qarsiya "Real"ın yetirməsidir. İspaniya millisinin sabiq üzvü 2025/26 mövsümündə "kral klubu"nun heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti