Daha bir azərbaycanlı futbolçu ölkə xaricində oynayacaq.
Sportal.az xəbər verir ki, "Neftçi"nin gənc futbolçusu Elnur Abdullayev Albaniyada oynayacaq.
O, aşağı liqada oynayan "Besa" ilə anlaşıb.
Abdullayev qarşıdakı 1 ili Albaniyada keçirəcək.
Qeyd edək ki, Elnurla bərabər "Qarabağ"ın yetirməsi Kamil Sadıqlının da "Besa"ya keçdiyi barədə xəbər vermişdik.

