"Qarabağ"ın sabiq futbolçusu Julio Romao Rusiyada oynayacaq.
Sportal.az xəbər verir ki, braziliyalı "Axmat"la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Romao ilə 3 illik müqavilə imzalanıb.
O, 2022-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib. 28 yaşlı futbolçu ötən ilin yayında “Ferentsvaroş”a keçmişdi.
saytlarin hazirlanmasi
