"Partizan"ın müdafiəçisi "Qarabağ"a keçir - Ağdam klubu növbəti transferə hazırlaşır

18:49 - 10 İyul 2026

“Qarabağ” daha bir transferi reallaşdırmaq istəyir.

Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi “Partizan”ın müdafiəçisi Nihad Muyakiçlə yaxından maraqlanır.

“Qarabağ”ın serb stoper üçün danışıqlar apardığı və yaxın günlərdə keçidi reallaşdırmaq istədiyi də bildirilir.

28 yaşlı futbolçunun “Partizan”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Bosniya və Herseqovinadan olan müdafiəçi “Sarayevo”, “Kortyik”, “Hayduk”, “Vaasland-Beveren”, “Ankaragücü”, “Eyüpspor” klublarında oynayıb.
 

Xəbər xətti