"Bəxt İspaniyanın tərəfində idi" - Rudi Qarsiya

11:57 - 11 İyul 2026

Belçika millisi DÇ-2026-nın 1/4 final məthələsində İspaniyaya məğlub olaraq turnirlə vidalaşıb.

Sportal.az xəbər verir ki, oyun başa çatdıqdan sonra "qırmızı şeytanlar"ın baş məşqçisi Rudi Qarsiya komandasının çıxışını şərh edib:

​"Matçdan sonra futbolçularıma dedim ki, bu turnirdə etdiklərimizlə fəxr edə bilərik. İspaniya kimi güclü rəqibin gözünün içinə dik baxdıq və sonda hər şeyi adi şans həll etdi. ​Bu dəfə bəxt İspaniyanın tərəfində idi, Belçikanın yox. Matçdan əvvəl kapitanımız Tilemansı, oyun gedişində isə Kurtuanı itirdik. De Bruyne də zədə səbəbindən oyunu tamamlaya bilmədi.

​Hazırda yalnız öz oyunumuzdan danışmalıyıq. Məyusuq, çünki maksimum səy göstərdik, lakin bu kifayət etmədi. ​Zədələr yüksək səviyyəli idmanın bir hissəsidir. Kurtua bütün aspektlərdə əla idi. Onun zədəsinin daha da ciddiləşməsini istəmədik. O, əzələlərindən birini zədələmişdi. ​Etdiyim əvəzetmə qərarına görə peşman deyiləm. O, dünyanın ən yaxşı qapıçılarından biridir və onun üçün təkrar zədələnmə çox problemli olardı. ​İspaniyaya qarşı çox yaxşı oynadıq. Lakin belə səviyyədə səhv etməyə yol vermək olmaz. Biz isə düz iki dəfə səhv etdik".

Xəbər xətti