"Trabzonspor"a 30 milyon avroluq təklif

12:26 - 11 İyul 2026

"Trabzonspor"un yarımmüdafiəçisi Krist İnao Ulai karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fiorentina" Fil Dişi Sahili milli komandasının üzvünü transfer etmək istəyir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

A Seriyası klubu Ulai üçün 300 milyon avro və oyunçunun növbəti satışından 20 faiz pay təklif edib. Türklər hələ ki bu təklifə cavab verməyiblər.

Qeyd edək ki, "Trabzonspor" Krist İnao Ulaini 2025-ci ilin yayında 2025-ci ilin yayında "Bastiya"dan 5,5 milyon avroya transfer edib. 20 yaşlı futbolçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti