"Çelsi"nin futbolçusu icarə əsasında rəsmən "Sportinq"də

00:27 - 12 İyul 2026

"Sportinq"Cesse Derrinin transferini rəsmən açıqlayıb.

Sportal.az xəbər verir ki, 19 yaşlı vinger "Çelsi"dən bir mövsümlük icarə əsasında Portuqaliya klubuna keçib. Bundan əvvəl London təmsilçisi futbolçu ilə müqavilənin müddətini 2032-ci ilə qədər uzadıb.

Derri “Çelsi”nin əsas komandasında bütün turnirlərdə 3 oyunda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.

O, “Çelsi”nin U-21 komandasında isə 21 matçda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xəbər xətti