"Zirə"də qalmaq istəməyən və Azərbaycanı tərk edən Ayron Qomis özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu Fransada oynayacaq.
O, Liqa 1 təmilçisi olan “Trua” ilə anlaşıb. Qomis 2028-ci il iyunun 30-na qədər yüksək liqa klubuna məxsus olacaq. Ayron 2024-cü ildə “Kasımpaşa”dan “Zirə”yə keçmişdi.

