İspaniyanın "Deportivo" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, La Liqaya yüksələn kollektiv "Marsel"dən Pyer-Emerik Obameyanqı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Deportivo" qabonlu futbolçu üçün Fransa klubuna 1,5 milyon avro təzminat ödəyib. 37 yaşlı hücumçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulaan müqavilə imzalanıb.
Qeyd edək ki, Pyer-Emerik Obameyanq 2025/26 mövsümündə "Marsel"in heyətində bütün turnirlərdə meydana çıxdığı 41 rəsmi matçda 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
