Almaniya millisinin üzvü "Barselona"da - RƏSMİ

15:27 - 23 İyul 2026

"Barselona" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İspaniya çempionu "Borussiya"dan Kərim Adeyemeni rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Barselona" Adeyemi üçün Bundesliqa klubuna 22 milyon avro təzminat ödəyib. 24 yaşlı vingerlə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdəö tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Borussiya" Kərim Adeyemeni 2022-ci ilin yayında "Zaltsburq"dan 30 milyon avroya transfer etmişdi. Almaniya millisinin üzvü bu müddət ərzində Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 146 rəsmi matçda 36 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti