“Şəfa” klubu daha bir futbolçunu heyətinə qatıb.
Sportal.az xəbər verir ki, niderlandlı müdafiəçi Kristofer Mamengi ilə 1+1 illik müqavilə imzalanıb.
25 yaşlı oyunçu ölkəsində “Utrext” və “Almere”, Kosovoda isə “Priştina” klublarının formasını geyinib. O, eyni zamanda Niderlandın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.
saytlarin hazirlanmasi
