"Benfika"nın müdafiəisi Antonio Silva karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Bornmut" portuqaliyalı futbolçunu transfer edəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərə klubu Silva üçün 25+5 milyon avro təzminat ödəyəcək. 22 yaşlı mərkəz müdafiəçisi "Bornmut"la 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Antonio Silva "Benfika"nın yetirməsidir. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
