"Karvan-Yevlax" qapıçı transfer etdi

12:11 - 7 Avqust 2026

"Karvan-Yevlax" transfer çalışmalarını davam etdirir.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi qapıçı Rüstəm Samiqullini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı qolkiperlə 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Rüstəm Samiqullin son olaraq “Cəbrayıl”ın formasını geyinib.

Xəbər xətti