"Lids Yunayted" heyətini yeni qapıçı ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Mançester Siti"dən Ceyms Traffordu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Lids Yunayted" ingiltərəli qolkiper üçün Mançester klubuna 46 milyon avro təzminat ödəyib. 23 yaşlı "əlcək sahibi" ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Ceyms Trafford 2025/26 mövsümündə "Mançester Siti"nin heyətində 11 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
