“Real”ın hücumçusu Kilian Mbappe ötən mövsümün yekunlarına əsasən niyə “Qızıl top”a namizəd olduğunu düşündüyünü açıqlayıb.
Sportal.az xəbər verir ki, fransalı hücumçu ötən mövsüm Madrid klubu ilə heç bir titul qazanmayıb. Həmçinin Fransa millisinin heyətində DÇ-2026-nın 4-cü pilləsində qərarlaşıb.
“Mən həmişə düşünmüşəm ki, “Qızıl top” digərlərindən fərqlənən futbolçuya verilməlidir. Əlbəttə, komanda amili də vacibdir, çünki futbol komanda idmanı olaraq qalır. Amma bu, fərdi mükafatdır.
Mənim “Qızıl top”la bağlı təsəvvürüm Lionel Messi və Kriştiano Ronaldonun dövründə formalaşıb. Bu mükafat heç vaxt sıradan futbolçulara verilməyib, yalnız xüsusi oyunçulara təqdim olunub.
Düşünürəm ki, ötən mövsüm məni fərqləndirən işlər gördüm. Məhz buna görə bu mükafatı qazana biləcəyimi düşünürəm”. – Kilian Mbappe "L’Equipe"yə müsahibəsində deyib.
saytlarin hazirlanmasi
