Mahir Emreli oynadı, komandası doğma meydanda məğlub oldu

22:48 - 15 Sentyabr 2026

Polşada futbol üzrə Ekstraklasanın 3-cü turundan təxirə salınmış matçı keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” doğma meydanda "Zaqlebye"ni qəbul edib. Matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Start heyətində oyuna başlayan Emreli matçı əvəzlənmədən keçirib.

Qeyd edək ki, hazırda “Rakuv” xal toplamadan turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.

Xəbər xətti