“Bolonya”nın yeni baş məşqçisi yaxın günlərdə bəlli olacaq.
Sportal.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, klub rəhbərliyi əvvəlcə Domeniko Tedesko ilə daha bir şans verməyi düşünürdü, lakin son saatlarda fikrini dəyişib. Yaxın vaxtlarda 41 yaşlı mütəxəssis istefaya göndəriləcək və onun əvəzinə böyük ehtimalla Raffaele Palladino dəvət olunacaq. “Atalanta”nın sabiq baş məşqçisinin təyinatı artıq sabah baş tuta bilər.
Yayın əvvəlində iki illik müqavilə imzalayan və müqavilənin daha bir il uzadılması opsiyası nəzərdə tutulan Tedeskonun rəhbərliyi altında “Bolonya” cəmi dörd oyun keçirib. Komanda heç bir qələbə qazana bilməyib və yalnız bir dəfə heç-heçə edib.
saytlarin hazirlanmasi
